Şuşa döyüşləri zamanı şəhid olan Elçin Həsənlinin doğum günündə qardaşı övladı dünyaya gəlib.
"Unikal" xəbər verir ki, körpəyə şəhidin adı verilib.
"33 il sonra eyni gün,eyni ad. Sənə İgid əmin Elçinin adını verdim. Bəxtini, taleyini Allah versin. İnşallah, bu adı şərəf və ləyaqətlə daşıyarsan, oğlum", - deyə körpənin atası Sərxan Həsənli bildirib.
Qeyd edək ki, Elçin Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda Həsənsu kəndində anadan olub. 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.
Elçin Həsənli noyabrın 8-də Şuşa döyüşləri zamanı dostlarını xilas edərkən şəhid olub. Xırdalan şəhərində dəfn olunub.
"Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.













.jpeg)





































