İyunun 16-da Ukraynaya məxsus hərbi təyyarə Xmelnitski vilayətində qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayır.
Nəşrin mənbələri hələlik hansı növ təyyarənin aviasiya qəzasına uğradığını dəqiqləşdirmirlər.
Lakin yerli "Telegram" kanalları bunun "MiQ-29" qırıcı təyyarəsi ola biləcəyini yazırlar.
"Telegram" kanallarının məlumatına görə, hadisə Xmelnitski vilayətinin Şepetovka şəhəri yaxınlığında baş verib. Yerli sakinlər əvvəlcə təyyarə səsi, ardınca isə güclü partlayış eşidiblər.




.jpg)






.jpg)

.jpg)








.jpeg)






























