BANM tələbəsi Cəmilə Yusifova növbəti dəfə ölkə birincisi olub.
"Unikal" xəbər verir ki, magistraturaya qəbul imtahanlarının ikinci cəhdinin esse cavablarından sonra Cəmilənin növbəti dəfə ölkə birincisi olduğu məlum olub. Belə ki, 98,5 bal toplayan tələbə 3-cü dəfə imtahana qoşularaq hədəfinin 100 bal olacağını gözləyir.
Qeyd edək ki, Cəmilə Yusifova 5 il əvvəl 685 bal toplayaraq BANM-ı seçmişdi. Prezident təqaüdçüsüdür və ölkə banklarının birində kibertəhlükəsizlik üzrə mütəxəssis olaraq çalışır.
Cəmilənin qardaşı Əli Yusifov da 2017-ci ildə 690 bal toplayaraq Bakı Ali Neft Məktəbini seçmişdi. Onların hər ikisi Şirvan şəhəri 1 nömrəli tam orta məktəbin məzunudur.









.jpg)

.jpg)






.jpg)










.jpeg)
























