Gəncə sakini Ziba Məmmədova dünən 100 yaşını qeyd edib.

"Unikal" xəbər verir ki, o, uzun illər coğrafiya və tarix müəllimi olaraq fəaliyyət göstərib. Z.Məmmədova Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Həyat yoldaşı da tələbə yoldaşı olub.

100 yaşlı Gəncə sakininin 4 övladı, 11 nəvəsi, 14 nəticəsi və 2 kötücəsi var.

Bütün övladları və nəvələri də özü kimi pedaqoqdur.