Aktrisa-müğənni Cennifer Lopez aktyor Ben Afflekdən boşanmasını özünü kəşf etmə səyahəti kimi təsvir edib. 

"Unikal" xəbər verir ki, o bu barədə "SmartLess" podkastında paylaşım edib.

Aktrisa qeyd edib ki, son 20 ildə bir istiqamətli, son 5 ildə isə tamamilə fərqli həyatı olub. O, indi iki il əvvəlkindən fərqli bir insan olduğunu deyib.

"İndi həyatıma həqiqətən baxa, onu olduğu kimi qiymətləndirə və həqiqətən xoşbəxt ola bilərəm", - deyə Lopez yazıb.