Moskvada keçirilən görüşdə Türkiyə və Rusiyanın xarici işlər nazirləri – Hakan Fidan və Sergey Lavrov Cənubi Qafqazdakı vəziyyəti ətraflı müzakirə ediblər.
"Unikal" xəbər verir ki, tərəflər danışıqlar zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə xüsusi diqqət ayırıblar.
Mətbuat konfransında çıxış edən Fidan bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin yekunlaşdırılması regionda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Türkiyəli nazir qeyd edib ki, Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı məsələlərin ətraflı müzakirəsi Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün əsas şərtlərdən biridir













.jpeg)





































