Özbəkistan paytaxtı Daşkənddə küçəyə yenidən Atatürkün adı veriləcək. 

"Unikal" xəbər verir ki, qərar Ədliyyə Nazirliyinin sənədlərində rəsmiləşdirilib.

Özbəkistan-Türkiyə Dostluq Xiyabanına bitişik yolun hissəsinə Türkiyə Cümhuriyyətinin qurucusunun adı veriləcək. Bu küçə əvvəllər - 1990-cı illərdə Atatürk adlandırılsa da, 2011-ci ildə dəyişdirilərək Zarafşan olmuşdu.