Meksikada yerləşən San-Migel-Amatitlan şəhərinin meri Xoel Anxel Bravo Martines silahlı şəxslər tərəfindən qətlə yetirilib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Yerli hakimiyyət orqanları Meksikanın cənubunda narkotik kartellərinin fəaliyyət göstərdiyi bir bölgədə merin güllələndiyini təsdiqləyib. Qətl hadisəsi mütəşəkkil cinayətkar qrupların narkotik qaçaqmalçılığı marşrutlarına nəzarət uğrunda mübarizə apardığı Sakit okean sahilindəki Oaxaka ştatında, təxminən 7000 əhalisi olan bir şəhərdə baş verib. 

Regional prokurorluq hücum edənləri həbs etmək üçün federal qüvvələrin iştirakı ilə polis qüvvələrinin gücləndirildiyini və taktiki əməliyyatın aparıldığını bildirib. 

Ağarza Elçinoğlu